Aralıq dənizi zonası
Aralıq dəniz iqlimi — subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələrdə, Kaliforniya yarımadası ətrafında, Avstraliyanın cənub və qərb hissələrində və Cənubi Amerikada Çili sahillərində yayılmışdır. Belə ki, materiklərin qərb sahillərində 30–35 dərəcəlik enliklər arasında formalaşır.
== Coğrafiyası ==
Bu iqlim tipi Aralıq dənizi sahili ərazilərdə formalaşdığı üçün bu adı almışdır. Cənubi Avropa ölkələrindən Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Albaniya Makedoniya, Xorvatiya, Bolqarıstanın cənub hissəsi, Mərkəzi Avropa ölkələrindən Fransa, Asiya ölkələrindən Türkiyə, Kipr, Suriya, Livan, İsrail, Afrika ölkələrindən isə Misir, Tunis, Əlcəzair, Liviyada yayılmışdır. Həmçinin deyə bilərik ki, Qara dəniz sahili ölkərin də bəzilərində bu iqlim tipi formalaşır. Belə ki, şimaldan gələn soyuq küləklərdən dağlar vasitəsiylə mühafizə olunan Qara dəniz sahillərində də Aralıq dənizi iqlim tipinə rast gəlinir. Alisovun iqlim bölgüsünə əsasən deyə bilərik ki, Aralıq dəniz iqlim tipinin rütubətli növü də mövcuddur ki, o dağlıq ərazilər üçün xarakterikdir. Belə ki, keçmiş Yuqaslaviyanın Adriatik dənizi sahillərində, həmçinin Gürcüstan ərazisində Batumi bölgəsində müşahidə edilir. Belə ki, isti və quru yay (orta maksimal temperatur 30 °C, yağıntı isə 34 mm fevral dekabr ayında), qış isə sərin (orta maksimal temperatur 18 °C, avqust iyun ayında yağıntı 450 mm).